Xəstələr üzərində yerli-yersiz əməliyyatlar apararaq milyonlarla dollar qazanan Federal Təhlükəsizlik Bürosu (FTB) tərəfindən dələduzluq ittihamı ilə axtarışda olan qulaq burun boğaz həkimi 46 yaşlı Dr.Mark Weinberger İtalyanın Mont Blanc dağında ələ keçmişdir. Onun 5 ildir bu dağda çadır quraraq konserva və əridilmiş qar suyu sayəsində yaşadığı məlum olmuşdur.
ABŞ-da FTB-nin ən çox axtarılanlar siyahısında olan Weinbergerin əməlləri 2002-ci ildə ortaya çıxmışdır. Belə ki, iki vəkil Weinbergerin ehtiyac olmayan əməliyyatlar edərək xəstələrdən pul aldığı iddiası ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra Mark Weinberger ölkəni tərk etmişdir. Onun həyata keçirdiyi əməliyyatları araşdıran polis həftədə ən az 15 ehtiyac olmayan əməliyatın baş tutduğunu müəyyən etmişdir.
Dağda ələ keçirilən Mark Weinberger bıçaqla boğazını kəsərək intihara cəhd etsədə onun vəziyyətinin normal olduğu bildirilir.
Tarix: 13.01.2015 / 13:25 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Maraqlı Məlumatlar