Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kompüter oyunları beynin işinə mane olur

Böyük Britaniya Kral İnstitutunun keçmiş direktoru, baronessa Qrinfild bəyan edir ki, əgər insan monitor qarşısında həddindən artıq vaxt keçirirsə, onun beynində fizioloji səviyyədə dəyişiklik baş verir ki, bu da mütləq davranış və diqqətlə bağlı problemlərə gətirib çıxarır. Bu barədə "The Telegraph" qəzeti yazır.

Onun sözlərinə görə, oyunlar beyində müəyyən əsəb bağlarını fəaliyyətdən saxlayır. Axı, beyin ətraf mühitin dəyişikliklərinə uyğunlaşma qabiliyyətinə malikdir. Kompüter oyunları isə yeni mühitə nümunədir. Baronessa uşaqlara monitorlardan uzaqlaşmağı və küçəyə çıxıb "ayaqlarının altında otları hiss etməyi" məsləhət görür.

Yeri gəlmişkən, oyunlara oxşar texnologiyalar asılılıq və mükafatlanma ilə bağlı olan beyin sistemlərini fəallaşdıraraq həddindən artıq oyanıqlıq yaradır. Nəticədə insanı başqa növ fəaliyyət deyil, məhz oyun cəlb etməyə başlayır. Ona görə də orta hesabla 10-11 yaşlı uşağın monitor qarşısında 2 min saata yaxın vaxt keçirməsi təəccüblü deyil.

Üstəgəl, kompüter oyunlarına son dərəcə aludəçilik insanın diqqətini cəmləşdirəcəyi vaxtı qısaldır və uşağı düşüncəsiz əməllər törətməyə təhrik edir.

Öz növbəsində, bu il yayda "PLoS ONE" jurnalında dərc olunan hesabatda göstərilir ki, internetdən asılılıq beynin strukturlarını dəyişdirmək və hətta boz maddənin quruması təhlükəsi yaradır. Yapon alimləri isə hələ 10 il bundan əvvəl xəbərdarlıq ediblər ki, videooyunlar yalnız beynin görmə və hərəkətə görə cavabdeh olan sahələrini stimullaşdırır. Bu zaman davranış, hisslər və öyrənmə ilə bağlı digər hissələr isə inkişafdan qalır.


Tarix: 09.01.2015 / 12:19 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Maraqlı Məlumatlar
loading...