Doğuş haqqında bir sıra məlumatlarda bildirilir ki, ilk növbədə hamilə qadınlar öz bədənini və ürəyini həyatlarının bu vacib anına hazırlamalıdırlar.
Bu sağlam doğuş üçün çox önəmli hesab olunur. Geniş və ətraflı məlumatlara sahib olmaq bu işdə olduqca faydalı hesab olunur.
Hamilə qadınlar doğuş haqqında nə qədər çox məlumat bilərlərsə, bir o qədər az qorxar və sağlam hamiləlik dövrü keçirərək problemsiz doğuşa nail ola bilərlər.
Bu baxımdan internetdə yayımlanan bir məlumat çoxlarını təcübləndirəcək.
Belə ki, məlumatda qeyd olunur ki, ABŞ-ın Texas viləyalətində hamilə bir qadın qaldırıldığı xəstəxanada iki dəfə tək yumurta əkiz dünyaya gətirib.
Ananın bir dəqiqə ərzində ara verməklə əkiz uşaqlarını dünyaya gətirdiyi bu hadisənin, yetmiş milyonda bir rast gəlinən hadisə olduğu bildirilir.
Dörd oğlan uşağını eyni anda qucağına alan 36 yaşındakı Tressa Montalvo, doğumu 31 ci həftədə keysəriyyə əməliyyatı ilə reallaşdırmışdır.
Tarix: 09.01.2015 / 10:58 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Maraqlı Məlumatlar