Genetik, qidalanma, hormonal pozğunluqlar, ümumi sağlamlıq vəziyyəti, psixososial mühit və s. faktorlar boy artımına təsir göstərir.
Bütün bunlara baxmayaraq müasir dövrdə boy qısalığı çətin problem hesab olunmur. Məlumata görə Fransa Milli Sağlamlıq və Tibb Araşdırmalar İnstitutunun elm adamları boy qısalığının müalicəsi istiqamətində araşdırma aparıblar. İrsi hesab olunan boy qısalığının (akondroplaz) FGFR3 genindən asılı olduğu və bu genlə əlaqəli zülalın qığırdağa tətbiqi zamanı boy artımına xeyr verdiyi bildirilir. Məlumatda həmçinin "Akondroplaz" vəziyyətində bu mexanizmin davamlı olmadığı da ifadə edilir. Normal böyüklükdə gövdəyə sahib akondroplaz xəstələrində qol və qıçlar anormal dərəcədə qısa və baş normaldan böyük olur. Lakin siçanlar üzərində aparılan tədqiqatlar göstərib ki, 3 həftə təcrübəyə cəlb olunan siçanlar iynə tətbiqləri nəticəsində böyüyərək normal boylarına çatıblar. Tədqiqata imza atanlardan Elvire Gouze həmin metodun "akondroplaz" və buna bənzər boy qısalığı xəstəliyindən əziyyət çəkənlərə faydalı olacağını ifadə edib. Lazımi üsullardan əlavə keyfiyyətli qidalanma, idman məşqləri (basketbol, voleybol və üzmə) olduqca faydalıdır. Əgər boy qısalığı hormon çatışmazlığından qaynaqlanırsa hormon müalicəsi ilə böyümə sürətli təmin edilə bilər. Hormon səviyyəsi normal olan insanlara tətbiq olunduqda belə 6 sm əlavə böyümə müşahidə olunub.
Tarix: 08.01.2015 / 17:01 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Maraqlı Məlumatlar