Kliniki ölüm zamanı yaşananlar beyin fəallığından əmələ gələn dalğaların intensivliyində sıçrayışın nəticəsi ola bilər.
Alimlərə görə, kliniki ölümdən dərhal sonra beyin qabığında törənən elektromaqnit dalğaların intensivliyi kəskin dərəcədə artır, bu isə öz növbəsində həmin anlarda beyin fəallığının güclənməsindən xəbər verir.
Mövzular
ABŞ-da Michigan Universitetinin elmi qrupu hesab edir ki, kliniki ölümdən həyata qayıtmış insanların yaşadıqları təəssüratlar, ölüm astanasında gördükləri yuxuların təsviri həmin anlarda beyin fəaliyyətinin kəskin dərəcədə fəallaşması barədə elmi fərziyyələri sübut etdirir.
Michigan Universitetində ölən sıçovullar üzərində aparılmış tədqiqatlar nəticəsində gəmiricinin öldüyü anlarda beyin qabığında elektrik dalğaların intensivliyinin kəskin dərəcədə artdığı qeydə alınıb.
ABŞ-dakı qrupun tədqiqatçıları hesab edir ki, insanlarda da bənzər proseslər beyin qabığının fəallığının artması və insan şüurunun kəskin dərəcədə itiləşməsilə müşayiət olunmalıdır.
Siçovul beyni
Tədqiqatın nəticələri ABŞ Elmlər Akademiyasının dövri elmi nəşrində dərc olunub.
Tədqiqat qrupunun rəhbəri Michigan Universitetinin doktoru Jimo Borjigin "kliniki ölümdən dərhal sonra beyinin adı vəziyyətdəki durumu ilə müqayisədə kəskin dərəcədə" fəallaşdığını qeyd edir.
Elmi qrup hesab edir ki, kliniki ölüm vəziyyətini yaşamış pasiyentlərin həmin anlarda sankı səyahət etdikləri, özlərinə kənardan baxdıqları, "həyati" hisslər keçirdikləri barədə söylədikləri də məhz həmin prosesin nəticəsidir.
Lakin Cardiff Universitetindən, doktor Chris Chambers alimləri tələsik nəticələr çıxarmamağa çağırıb. Onun qənaətincə sıçovul beynin öyrənilməsi gedişində əldə edilmiş nəticələri insan beyninin fəaliyyətilə bağlı proseslərə birbaşa şamil etmək "düz olmazdı".
Alimin qənaətincə, insanın klinik ölüm anlarında yaşadıqlarını ölən sıçovulun beynində gedən proseslərlə izah etmək mürəkkəb elmi problemin aşırı dərəcədə sadələşdirilməsi demək olardı.
Tarix: 08.01.2015 / 17:12 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Maraqlı Məlumatlar