Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsan beyninin yeni müayinəsi xəstəliklərin qarşısını ala bilər

Amerika alimləri hesab edir ki, uşaqların əqli inkişafı onların boyu və çəkisi kimi asanlıqla qeydə alına bilər.
Alimlər 5 dəqiqəlik müayinə vasitəsilə uşaqların beynini müşahidə ediblər.
Onlar deyir ki, bu üsul gələcəkdə autizm kimi xəstəliklərin aşkara çıxarılması üçün faydalı ola bilər.

Araşdırmanın nəticələri Science jurnalında dərc olunub.
Alimlər insan yaşlaşdıqca onun beyninin necə dəyişdiyini öyrəniblər.
İnsan gənc olduğunda beynindəki siqnallar qısa məsafəli olur. Yaşlaşdıqca isə, siqnallar daha uzun məsafələrə çatır.
Alimlər deyir ki, beş dəqiqəlik beyin müayinəsindən istifadə etməklə onlar həmin uzun məsafəli siqnalların inkişafını dəqiq göstərə bilərlər.

Həmin siqnallar normadan çox olarsa, bu insan beynində problemlərin mövcud olduğundan xəbər verə bilər.
Tədqiqat 7-30 yaş arasında olan 238 şəxs arasında aparılıb.


Tarix: 13.01.2015 / 13:10 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Maraqlı Məlumatlar
loading...