Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Internetdən çox istifadə etmək beyni gücləndirir.

Los Anclesdeki Kaliforniya Universitetində aparılan bir tədqiqat zamanı müntəzəm olaraq internetdən istifadə edən insanlarda beynin yaxşı inkişaf etdiyi müəyyən olunmuşdur. Təcrübədə müntəzəm internet istifadəçilərindən ibarət 55-76 yaş arası 24 nəfər iştirak etmişdir.
Təcrübədə iştirak edən internet istifadəçilərinin hər birinin beyninin gicgah, arxa və yan hissələrində yerləşən dil, oxuma, yaddaş və görmə mərkəzlərinin fəaliyyətlərinin inkişaf etdiyi müəyyən olunmuşdur.
Eyni zamanda mütəxəssislər bu inkişafın yalnız internetdə araşdırmalar aparan insanlarda baş verdiyini müəyyən etmişlər. Sadəcə internetdə qəzet oxuyan və ya oyun oynayanlarda bu inkişafın olmadığı ortaya çıxmışdır.
Həmçinin tədqiqatın rəhbəri Dr.Gary Small internetdə araşdırma aparan insanlarda beynin qərar vermə və mühakimə yürütmə proseslərinində çox sürətli olduğunu qeyd etmişdir.


Tarix: 13.01.2015 / 13:51 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Maraqlı Məlumatlar
loading...