Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rənglər xasiyyətimizdən xəbər verir

İngiltərədə aparılan bir tədqiqat insanların üstünlük verdiyi rənglərin onun xasiyyətini əks etdirdiyini ortaya çıxarmışdır.
Psixoloqlara görə isti və soyuq adı altında iki qrupa bölünən rəngləri seçən insanın xarakterini bu rəngə əsasən müəyyən etmək olar.
İsti rənglər olaraq qəbul edilən sarı, qırmızı və narıncı rəngi sevən insanlar istiqanlı, ünsiyyətcil və dostluğa sadiq olduğu halda soyuq rəng olan bənövşəyi, mavi və yaşılı sevənlər isə tam əksinə ünsiyyətdən qaçan, insanlar çox olan yerlərdə az-az görünməyə çalışan insanlar olduğu bildirilir.
Psixoloqlar rənglərə əsasən xüsusiyyətləri aşağıdakı kimi müəyyən ediblər.
• Qırmızı rəngi sevənlər – Dostluğa və ünsiyyətə meyilli,hər an bağıçlamağa hazır olur.
• Sarı rəngi sevənlər – İntelektual,məntiqli və eyni zamanda əməksevər olurlar.
• Narıncı rəngi sevənlər – Cəsur, macərapərəst, gülməyi və güldürməyi çox sevirlər.
• Yaşıl rəngi sevənlər – Güclü mühakimə yürütmək qabilliyəti eyni zamanda mülayim və kömək etməyi sevən bir xarakterə sahib olurlar.
• Mavi rəng sadiqlik və məsuliyyətin göstəricisidir.
• Qara rəngə üstünlük verənlər – özünə hörmət və ətrafındakılardanda bunu tələb edən güclü iradəyə mailk insanlardır.
• Ağ rəngi sevənlər isə saflıq və məsumluq hisslərinə sahibdirlər.


Tarix: 13.01.2015 / 13:45 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Maraqlı Məlumatlar
loading...