Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İki baş, bir bədən?!

Braziliyada bir qadın bir bədəni və iki tam formalaşmış başa sahib olan övlad dünyaya gətirib. 23 yaşlı Mariya de Nazare övladlarına İsa və Emanuel adlarını qoyaraq onları doğumun möcüzəsi adlandırıb.
Körpələr 4,6 kilodurlar və sağlamdırlar. Lakin həkimlərin onların sağlamlıqları və inkişafları haqqında nəyinsə deyilməsinin hələ tez olduğunu düşünürlər.
Hər körpənin özünə məxsus baş və önurğa beyni olsa da, onların ortaq böyrək, ürək, qara ciyər və digər daxili orqanları var. Körpələrin çox yaxşı iştahları var.
Körpələrin doğulduğu xəstəxananın müdürü deyir ki, onların niyyətləri bütün problemlərə baxmayaraq həm ananı həm də körpələri həyatda saxlamaq idi ki, onlar da bu niyyətlərinə müvəffəqiyyətlə çatıblar.
Mariya de Nazare-nin başqa heç bir övladı olmadığı üçün o, körpələri mümkün qədər tez evə aparmaq istəyir. O, körpələrin belə qeyri adi olduğunu doğuma bir neçə dəqiqə qalmış öyrənmişdir, buna səbəb isə, onun doğum müddəti ərəfəsində heç bir ultrasəs müayinəsi etməməsidir.
Xəstəxananın həkimləri deyirlər ki, Mariyanın eybəcər iki başlı övladı yoxdur, onun cox gözəl və sağlam iki oğlu vardır.
Professor Dahasın dediyinə görə, bu əkizləri ayırmaq mümkün deyil, buna səbəb onların ortaq ürəkləri, ciyərlərinin və digər orqanlarının olmasıdır.
Üstəlik körpələrdən birinin tənəffuz çətinliyi var və xüsusi diqqət tələb edir.


Tarix: 09.01.2015 / 11:31 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Maraqlı Məlumatlar
loading...