İnsanlarda bəzi hallarda baş verən davamlı öskürəyə qarşı şokoladın təsirli ola biləcəyi qeyd olunub.
İngiltərədə 288 insan üzərində aparılan tədqiqata görə, şokoladın tərkibində olan yüksək teobromin molekulunun, az nisbətdə olan öskürəyə qarşı təsiri müəyyən olunub.
Tədqiqata imza atanlardan olan Professor Alyn Morice, klinikada apardığı təcrübədə teobrominin öskürəyə gətirib çıxaran refleksi azaltdığı görülmüşdür.
Morice, ümumiyyətlə öskürəyi adi və ciddi olmayan bir xəstəlik olaraq gördüyünü ifadə edib. Lakin müalicəyə baxmayaraq bu hal iki həftəni aşan müddət ərzində davam edərsə əhəmiyyətli bir problem halına gələ biləcəyi söylənilib.
Xroniki öskürəyin təxminən 10 nəfərdən birinə təsir etdiyini bildirən Morice, bəzi şəxslərin saatda 100 dəfədən çox öskürərək belə bir böhran yaşadıqlarını ifadə edib.
Aparılan təcrübələr ümid verici olduğunundan, 2013-cü ilin axırına qədər klinikada aparılmış təcrübədə teobromin molekulunun təsir qüvvəsi sübuta yetirilərsə, tərkibində teobromini ehtiva edən dərmanların satışa təqdim olunacağını bildirilmişdir.
Tarix: 09.01.2015 / 11:06 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Maraqlı Məlumatlar