Saqqız tələbələrə necə kömək edir?
Hətta azacıq fiziki aktivlik imtahan və testlərdə daha yaxşı nəticələr əldə etməyə yardımçı olur.
Alimlərin dediklərinə görə, imtahanlar zamanı saqqız tədarükü görmək gərəkdir. Aparılan araşdırmalar göstərir ki, imtahandan əvvəl 5 dəqiqə saqqız çeynəyən tələbə sualların öhdəsindən daha asanlıqla gəlir.
"Scientist" jurnalı bildirir ki, ABŞ-dakı Müqəddəs Lavrenti Universitetinin professoru Serj Oniper imtahan zamanı saqqız çeynəyənlərin isə diqqətinin dağınıq olduğunu vurğulayıb.
"İstənilən halda, tələbələrə test və imtahanlardan az öncə saqqız çeynəməyi məsləhət görürəm. Belə olarsa, onlar daha yaxşı nəticələr göstərərlər", - Oniper söyləyib.
Tarix: 09.01.2015 / 12:10 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Maraqlı Məlumatlar
loading...