"Scientist" elmi dərgisi bildirir ki, ABŞ-dakı Missuri Universitetində aparılmış tədqiqata görə, beyində mənəviyyat, Allah qorxusu və ədəb davranışlarını müəyyənləşdirən xüsusi bölgələr mövcuddur.
Alimlər hesab edirlər ki, əvvəlki tədqiqatları təhlil etməklə yanaşı, yeni araşdırmalar aparılıb. Bunun nəticəsində məlum olub ki, insanın mənəvi transsendensiyası sağ beyində gicgah hissədəki bölgənin aktivliyinin artması ilə bağlıdır.
Ümumiyyətlə isə beyindəki "Allah bölgəsi" adlanan yerin fəaliyyətini bütün beyin təmin edir.
"Tədqiqatlarımız göstərir ki, insan mənəviyyatının neyropsixoloji əsasları beyində əlahiddə bölgə ilə tənzimlənmir. "Allah bölgəsi" adlandırdığımız yerin fəaliyyəti bütövlükdə beyindən asılıdır.
Çünki mənəviyyat beynin müxtəlif hissələrinin funksiyalarından yararlanan daha dinamik konsepsiyadır", - Missuri Universitetinin nəzdindəki Tibb Məktəbinin professoru Brik Conston deyib.
Tarix: 09.01.2015 / 11:55 Müəllif: Aziza Baxılıb: 23 Bölmə: Maraqlı Məlumatlar