Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kompüter oyunları, yaşlılarda zəka geriləməsini önləyə bilər

Kompüter oyunları, 50 yaşdan yuxarı şəxslərdə zəka geriləməsinə kömək edirmiş.
Məlumata görə ABŞ-dakı Iowa Universitetinin elm adamları 50-65 yaşlarında olan insanlar arasında apardıqları araşdırmalarda, video oyunlarının yaşlılarda zəka geriləməsində azalma təmin etdiyini bildiriblər. Bu məqsədlə qruplara ayırdıqları 600-dən çox adamı puzzle, sürət və diqqət tələb edən "Road Tour" adlı oyunlara cəlb ediblər. Nəticədə isə həftədə ortalama 10 saat video oyunu ilə məşğul olanların zəka geriləməsinin bir il sonra azaldığı üzə çıxıb.
Araşdırmaya imza atanlardan hesab olunan Fredric Wolinsky, iştirakçıların başlanğıcdakı bacarıq səviyyəsindən asılı olmayaraq, "məşqdən" sonra bacarıq sürətlərinin 70 faiz artdığını ifadə edib.
Oyunların yalnız zəka geriləməsinin önünə keçmədiyi, zəka funksiyalarını da artırdığı Wolinsky tərəfindən söylənib.
Araşdırmanın "PLoS One" jurnalında dərc olunduğu bildirilir.


Tarix: 09.01.2015 / 10:48 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Maraqlı Məlumatlar
loading...