O, bu vəziyyətdə 41 il yaşayıb. Corciya ştatının Atens-Klark əyalətindən olan 46 yaşlı Kelvin Raytın sözlərinə görə, camaat onun möhkəm danışdığını bildirir, lakin özü bunu hiss etmirdi. Rusiya mətbuatının verdiyi məlumata görə, Kelvin bundan sonra 2010-cu ilin dekabr ayında, bronxit şikayətilə Sent-Meri xəstəxanasına müraciət edir. İlkin müayinə aparan tibb bacısı Heyli Folkner, onun sağ eşitmə yolunu yoxladığı zaman, xəstəsinin qulaq təmizləyən pambıqdan istifadə edib-etməməsi barədə sual verir. Müsbət cavab aldıqdan sonra tibb bacısı, qulaqda pambıq ucluğu gördüyünü bildirib. Qulaqdan pambıq ucluğuna bənzər şeyi çıxartmaq istədikdə, Folkner bunun yumşaq deyil, bərk olduğunu qeyd edir. Daha sonra xəstəni, həkim Ceyms Demsinin yanına göndərərək, onun qulağındakı pambığa oxşar əşyanın mirvari olduğu aşkar edilərək çıxarılır.
Məlum olub ki o, 5 yaşında olanda bacısı ilə oynadığı zaman analarının mirvari boyunbağısını qıraraq, mirvariləri yerə dağıdıblar. Oyun əsnasında bacı, iki ədəd mirvarini qardaşının qulağına soxub. Anası gəldikdən sonra oğlunu təcili xəstəxanaya aparıb, orada azyaşlı oğlunun qulağından mirvari çıxarılır. Lakin aşkar edilib ki, demə mirvarinin biri qulağında qalıbmış.
Prosesdən sonra xəstə, eşitmənin daha da yaxşılaşdığını ifadə edib. O həmçinin bir neçə dəfə həkimə müraciət etdiyini, lakin onun qulağında bir şey aşkar edilmədiyini də etiraf edib.
Tarix: 13.01.2015 / 13:02 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Maraqlı Məlumatlar