Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tibb aləmində və dünyada bir ilk

Almaniyanın Bavariya əyalətində əkinçiliklə məşğul olan 54 yaşlı Karl Merk qəza nəticəsində qollarını itirmiş və 6 il idi ki, qolsuz yaşayırdı.
Münhen Texnik Universitetinin Recht der İsar klinikasında 40 nəfər həkim heyyəti tərəfindən aparılan 15 saatlıq bir nəql əməliyyatı nəticəsində əməliyyatı uğursuz keçən və dünyasını dəyişən bir xəstənin qolları Karl Merkə köçürülmüşdür.
Karl yeni qolları ilə işıqları yandırıb söndürə və pəncərələri açıb bağlaya bilir.
Əməliyyatın rəhbəri Dr. Christoph Hoehnike mətbuat nümayəndələrinə verdiyi müsahibəsində Karlın qollarını tam normal işlətməsi üçün iki il vaxta ehtiyacı olduğunu bildirmişdir.
Həmçinin Dr. Christoph Hoehnike iki qol köçürülən bu əməliyyatın tibb tarixində ilk əməliyyat olduğunu bildirərək əməliyyatın uğurlu keçməsində payı olduğu üçün özünü xoşbəxt hiss etdiyini vurğulamışdır


Tarix: 13.01.2015 / 13:46 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Maraqlı Məlumatlar
loading...