Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaponiyada uşaqlara orqan köçürülməsinə icazə verildi

Yapon millət vəkillərinin 18 iyul tarixində qəbul etdiyi qanun bu gün senatorlar tərəfinddən təsdiq olundu. Qanuna əsasən 15 yaşdan aşağı uşaqlarada orqan köçürülməsi mümkün olacaq.
Xatırladaq ki, 1997-ci ildən bəri Yaponiyada bioloji ölüm şəraitində olan bir insan ölmüş qəbul edilir və onun orqanları köçürülə bilir.
Böyrək və qaraciyər köçürülməsinə ehtiyac olan zaman Yaponiya əsasən orqan mafiyasının beşiyi sayılan Çin və Filippinə üz tutur.
Yaponiyada hər il 10000-dən çox orqan nəqli həyata keçirilir. Lakin Yapon qanunlarına görə 15 yaşından aşağı uşaqlara orqan köçürülməsi qadağan idi və bu səbəbdən də hər il ölkədə çox sayda uşaq ölümü halları baş verirdi.
Axırıncı dəfə 11 yaşlı Hiroki Andonun ölümü ilə xalqın etirazları höküməti bu addımı atamağ vadar etdi.
Həmçinin Hiroki Andonun bacısıda 5 il əvvəl ürək çatışmazlığından əziyyət çəkirdi onada orqan nəqli həyata keçirilə bilmədiyindən ölmüşdür.


Tarix: 13.01.2015 / 13:45 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Maraqlı Məlumatlar
loading...