Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çirklilik səbəbiylə körpələr kiçik doğulur

İşlənmiş qazların ya da kömür stansiyalarının səbəb olduğu çirkliliyə çox məruz qalan hamilə qadınların körpələrinin aşağı çəkili doğma riskinin daha çox olduğu təyin olunub.

ABŞ-dakı Kaliforniya Universitetindən Dr. Tracey Woodruff və qrupunun apardığı araşdırmada, hava çirkliliyi və dölün inkişafı arasındakı əlaqə müəyyən olunub.

Bu günə qədər mövzu ilə bağlı aparılan ən əhatəli araşdırmada, hava çirkliliyi nə qədər çoxdursa aşağı kilolu (2,5 kiloqramdan az) körpələrin dünyaya gəlmə riskinin o qədər çox olduğu görülüb.

Woodruff, hava çirkliliyinə dünyanın hər yerində, hər kəsin məruz qaldığını, insan saçından 10 qat incə mikroskopik hissəciklərin havada olduğunu vurğulayıb.
Elm adamı, işlənmiş qazların və kömür stansiyalarının səbəb olduğu çirkliliyin ən aza endirilməsi üçün ölkələrin daha qatı tədbirlər görməsi lazım olduğuna diqqəti çəkib.
3 milyon doğumun araşdırıldığı araşdırma ''Environmental Health Perspectives'' jurnalında nümayiş olunmuşdur.


Tarix: 09.01.2015 / 11:00 Müəllif: Aziza Baxılıb: 23 Bölmə: Maraqlı Məlumatlar
loading...