Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

: İnsanı sərxoşluqdan xilas etmənin yolu tapılıb

Alimlər qəbul edilən spirtli içkinin həcmindən asılı olmayaraq, ayıq qalmağa, adətən bərk sərxoşluqdan sonra yaranan süstləşməni neytrallaşdırmağa və alkoqol asılılığından xilasa imkan verən birləşmə tapıblar.

Bu barədə "Science" jurnalı məqalə dərc edib. Tədqiqatçılar diqqəti Çində bitən konfet ağacının (Hovenia dulcis) cövhərinin tərkibinə cəmləşdiriblər. Heyvanlar üzərində aparılan tədqiqat zamanı məlum olub ki, həmin birləşmə qanda alkoqolun qatılığına baxmayaraq, beyni zəhərlənmədən qoruyur.

Kaliforniya Universitetinin farmakoloqu Lyan Sizin bildirib ki, yaxın vaxtlarda həmin birləşmə insanlar üzərində sınaqdan keçiriləcək.
Dihydromyricetin (DHM) adlanan birləşmənin sirri ondan ibarətdir ki, o alkoqolun beyin reseptorlarına çatmasına mane olur və nəticədə qanda alkoqol lazımi effekti vermir.


Tarix: 09.01.2015 / 12:03 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Maraqlı Məlumatlar
loading...