Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mobil telefonu nə zaman kənara qoymalı?

ABC News bildirir ki, Nyu-Yorkdakı Rensselaer Polytechnic Institute-da aparılmış araşdırmanın nəticələri belədir.

Mobil telefonlar və planşet kompüterlərin ekranlarında arxadan işıqlandırmadan istifadə olunur ki, bu da insan orqanizmində melatonin ifrazı prosesinə mənfi təsir edir, yuxunu pozur. Melatonin təbii sutkalıq rejimi nəzarətdə saxlayır və axşam saatlarında orqanizmə yuxuya hazırlaşmaq əmrini verir.
Lakin qacetlərin ekranlarındakı qısa dalğalı işıq nəticəsində melatonin ifrazı zəifləyir, hətta dayanır.

Bunun nəticəsində yuxu pozuntuları daimi hal almaqla yanaşı, piylənmə və II tip şəkərli diabet də başlaya bilər.
Qısa dalğalı işığın uzunmüddətli təsiri və xroniki yuxu pozuntuları zamanı isə döş xərçəngi yarana bilər.


Tarix: 09.01.2015 / 11:27 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Maraqlı Məlumatlar
loading...