Pula qarşı allergiyası olan insan
33 yaşlı Britaniya sakini İvonn Saymon nadir xəstəlikdən əziyyət çəkir.
«The Daily Star» yazır ki, qadının pula qarşı allergiyası var. O, əlində nə dəmir, nə də kağız pul tuta bilir. İvonn əlinə pul alan kimi dərisi səpir. O, bu xəstəlikdən uzun illərdir əziyyət çəkdiyini bildirir. Amma qadını heç cür müalicə edə bilmirlər. Həkimlər bunun qeyri-adi xəstəlik olduğunu deyir. Qadının dərisində dəmir pulların hazırlandığı metalda, həmçinin kağız əskinasların rəngləndiyi rəngə olan maddələrə qarşı allergiya var. Həkimlər onun müalicəsinin mümkün olmadığını da bildirir.
Saymon mağazalardan plastik kartlar vasitəsilə alış-veriş etməklə özünü allergiyadan qorumağa çalışır.
Tarix: 13.01.2015 / 13:12 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Maraqlı Məlumatlar
loading...