Venesuelada cərrahiyyə əməliyyatı zamanı həkimlər qarət olunub
Əlində silah cərrahları və tibb bacılarını qarət etmək üçün cərrahiyyə otağına soxulan qulduru yalnız dəhşətli yuxuda təsəvvür etmək olar.
Lakin Venesuelanın Marakay şəhərində məhz belə bir hadisə baş verib. Hadisə nəticəsində qarət olunmayan isə yalnız üzərində cərrahiyyə əməliyyatı aparılan xəstə olub.
Kütləvi qarətlər Venesuelada artıq çoxdan adət halını alıb. Bu dəfə həkimlər özlərini itirməmiş və əməliyyatı başa çatdırıblar. Qarətçilər isə xəstəxananı maneəsiz tərk ediblər.
Tarix: 09.01.2015 / 11:59 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Maraqlı Məlumatlar
loading...