Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pul əl çirki deyilmiş

ABŞ-ın Minesota və Florida Universitetlərinin birgə apardığı bir tədqiqat zamanı maraqlı nəticələr əldə olunmuşdur. Tədqiqat zamanı məlum olmuşdur ki, pul saymaq insanın əhvalını yüksəldir.
Tədqiqatda iki qrup iştirak etmişdir və saymaq üçün birinci qrupa səksən ədəd 100 dollar ikinci qrupa isə eyni miqdarda sadə kağız vermişlər.
Tədqiqatın nəticələrini müxtəlif üsullarla müəyyən etməyə başlamışlar. Pul sayanların kompyuter oyununda daha çox xal toplaması, barmaqlarını isti suya salarkən isə yenə də pul sayan qrupun uzun müddət əllərini suda saxlaya bilməsi kimi testlər onların əhval-ruhiyəsinin yüksək olduğu qənaətinə gətirib çıxarır.


Tarix: 13.01.2015 / 13:41 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Maraqlı Məlumatlar
loading...