Gün ərzində mürgüləmək beynin yeni informasiyanı qəbul etmək imkanlarını artırır.
Amerikalı alimlər araşdırma işi üçün 90 nəfər könüllüdən istifadə edib. Bu adamlar bütün gün ərzində ayıq qalanlardan dərketmə sınaqlarında daha
yaxşı nəticələr əldə ediblər.
Kaliforniya Universitetinin nəticələri konfrans zamanı təqdim edilib.
Britaniyada mənzillənən mütəxəssis deyib ki, yuxunun yaddaşı artırmaq kimi imkanını sadəcə olaraq yorğunluqdan ayırmaq çətindir.
Son illər yuxunun öyrənilməsi ilə bağlı araşdırma işləri gün ərzində mürgüləməklə bağlı yekun nəticənin əldə edilməsinə yardım etməyib.
Son araşdırma işi göstərir ki, beynə qısamüddətli yaddaşı süzgəcdən keçirmək lazımdır ki, öyrənilən yeni faktları qəbul etmək üçün yer olsun.
Təcrübə zamanı 39 sağlam şəxsə səhər tezdən çətin tapşırıq verilib. Amma onların yarısı yatmağa göndərilib.
Sınaq təkrar edilərkən mürgüləmiş şəxslər tapşırığı daha yaxşı yerinə yetiriblər.
Tarix: 13.01.2015 / 13:24 Müəllif: Aziza Baxılıb: 18 Bölmə: Maraqlı Məlumatlar