Sürətlə qocalan insan
Nadir genetik xəstəliyə tutulmuş rəssam dəhşət filmlərinin qəhrəmanına bənzəyir.
Ekspress qazeta-nın yazdığı melumata esasən, Reon Bota adlı rəssam sürətlə qocalmaqda davam edir. Buna baxmayaraq, o, həyata marağını itirmir və işindən zövq alır. Reon bilir ki, ömrünün sonuna çox qalmayıb. Bu üzdən də özündən sonra «iz» qoyub getmək istəyir və bütün gününü rəsm əsərləri yaratmağa sərf edir.
Botadakı xəstəlik dünyada təxminən 100 nəfərdə qeydə alınıb. Səbəb bəzi genlərin mutasiyaya məruz qalmasıdır. Bu xəstəliyə tutulmuş şəxslər təxminən 13 il yaşasalar da, rəssamın artıq 24 yaşı var. Həkimlər onun bundan sonra nə qədər yaşaya biləcəyini söyləməkdə çətinlik çəkirlər.
Tarix: 13.01.2015 / 13:21 Müəllif: Aziza Baxılıb: 23 Bölmə: Maraqlı Məlumatlar
loading...