Məlumata görə 10-11 yaşlarında 353 uşağın iştirakı ilə araşdırma aparılıb. Finlandiyadakı Helsinki Universitetinin elm adamları 353 uşağın televiziya izləmə və kompüterdən istifadəsi ilə əlaqədar müxtəlif vərdişlərini incələyib.
Edilən araşdırmaya görə yataq otağındakı televizor və kompüter, uşaqların yuxu nizamını pozur və yaddaş problemlərinə gətirib çıxarır.
Yetkinlik dövrünə yaxınlaşan oğlanlar daha çox təsirə məruz qalır.
Araşdırmada oda qeyd olunur ki, otaqdakı elektrikli alətlər uşaqların konsentrasiyasına təsir edir və məktəbdəki uğurların sayının azalmasına səbəb olur.
Uşaqlar nə qədər çox kompüterdən istifadə etsələr və televiziya izləsələr bir o qədər gec yatırlar.
Bundan əlavə araşdırmacılar çox televiziya izləyən və kompüterdən istifadə edən uşaqların daha az idman etdiyinə, yuxu saatında isə daha az yorğun olduğunu bildiriblər.
Ekran işığının hormonlara təsirini qeyd edən tədqiqatçı Teija Nuutinen, yetkinliyə girənlərin daha çox yuxuya ehtiyacı olduğunu ifadə edərək bu məsələlərin həssaslığına diqqət çəkib.
Tarix: 08.01.2015 / 17:14 Müəllif: Aziza Baxılıb: 20 Bölmə: Maraqlı Məlumatlar