Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bel ağrısının uzaqdan həlli

Beldə ağrıları insanlarda, xüsusən də yaşlı nəsildə tez-tez rast gəlinən əlamətdir. Bu insanların həkimə müracət etməsinə və ya işdən qalmasına səbəb olan şikayətlərdən biridir. Amma müəyyən sadə müalicəvi tədbirlərin və bədən tərbiyəsinin həyata keçirilməsi ağrıların uzun müddət itməsinə səbəb ola bilər.
Bel ağrılarını xüsusi bir cihazın köməkliyi ilə uzaqdan idarəetmə sayəsində dindirmək də mümkündür.
İngilis həkimləri, "Spinal kord Stimulyatoru" deyilən, onurğa iliyi pərdəsinin üzərinə elektrod və batareya yerləşdirməyi ehtiva edən üsula müraciət ediblər.
Pult vasitəsi ilə idarə olunan bu cihazdan istifadə edərək, ağrının səviyyəsinə görə nə qədər elektrik cərəyanı alacağını istifadəçi özü təyin edə bilir.
Bununla da şiddətli bel ağrılarının azalmasına nail olmaq mümkün olur.


Tarix: 09.01.2015 / 10:52 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Maraqlı Məlumatlar
loading...