Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gülməkdən yıxılan qadın

İngilis qadın gülən kimi yerə yıxılır.
İngiltərənin Kembric şəhərində yaşayan qadın gülməkdən qorxur. Elm adamı olan Klaire Ellenin qorxuları əsassız deyil. Çünki dünyada çox nadir müşahidə edilən əsəb xəstəliyindən əziyyət çəkən qadın güldüyü an yıxılıb qalır. "Katapleksi" adlandırılan xəstəlikdən əziyyət çəkən Ellen qorxu, təəccüb ya da sevinc hissi keçirən kimi bədəninə nəzarəti itirir və olduğu yerə yıxılaraq qalır, amma huşunu itirmir. Qadının sözlərinə görə, keçirdiyi hər belə vəziyyət bir neçə saniyədən 5 dəqiqəyə kimi davam edir. Bəzən isə gün ərzində yüzə yaxın bu halla üz-üzə qalır.

Həkimlər isə dərmanlarla tutmaların sayını azaltsalar da, onları tamamilə aradan qaldıra bilmirlər.


Tarix: 13.01.2015 / 13:05 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Maraqlı Məlumatlar
loading...