Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsanı mikroblar kökəldir?

Əgər iştahınız güclənirsə və şirniyyatı çox yeyirsinizsə, bunun səbəbkarları mədə-barısaq sistemindəki mikroblardır.
Onlar insanın yediyi qidanın həcminə təsir edirlər.

"New Scientist" bildirir ki, hələ 2006-cı ildə alimlər kök laboratoriya siçanlarının bağırsaqlarındakı mikrobların arıq siçovullarla müqayisədə fərqli olduğunu sübut etmişdilər.

İndi isə Parisdəki Milli Kənd Təsərrüfatı Tədqiqatları İnstitutunun alimlərindən ibarət qrup Mixay Kovasanın başçılığı ilə yeni tədqiqat aparıb.
Onlar heyvanların bakteriyalarının yerlərini dəyişiblər.

Kök siçanların bağırsaq bakteriyalarını alan arıq siçanlar çox yeməyə və kökəlməyə başlayıblar.
Alimlərin fikrincə, siçanlar əla modellərdir.

"İnsanların orqanizmində də eyni proseslər baş verir", - Kaliforniyada keçirilən "Eksperimental biologiya 2012" konfransında Kovasa deyib.


Tarix: 09.01.2015 / 11:54 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Maraqlı Məlumatlar
loading...