Kişilər, sizləri bezdirmək istəmirik, amma, siz öz evliliyinizi təhlükəyə ata biləcək səhvlər etməkdə ola bilərsiniz. Faktiki olaraq, əgər siz sadə birisinizsə, siz bu səhvləri edirsiniz özüdə müntəzəm olaraq.
Bu səhvlərinizi qəbul etməyiniz, onları düzəltməyə çalışmağınız sizin yalnız evliliyinizə deyil, həm özünüzün həm də həyat yoldaşınızın sağlamlığına müsbət təsiri ola bilər.
Qloriya Vanderhorstun dediyi kimi, münasibətlərdə yöndəmsiz və uzun müddətli negativ hisslər fiziki və psixoloji problemlərə səbəb ola bilər.
O deyir ki: "Stress hər iki partnyorda müxtəlif səbəblərdən yarana bilər və adətən müalicəyə başlayana kimi, stress artıq cütlərin birində və ya hər ikisində həyəcana hətta depresiyaya çevrilir".
Aşağıda kişilərin həyat yoldaşlarına qarşı etdikləri bəzi səhvlər, onların necə təyin olunmaqları və ən vacibi onların düzəldilməsi üçün nə etmək lazım olduğu göstərilib.
1. Həmdərd olmamaq (duyqularını, acılarını anlamamaq).
Albert Maslovun dediyi kimi həmdərt olmaq və ya duyğuları anlamaq münasibətlərin ən vacib hissəsidir. Bu kiməsə acımaq və dərdlərinə ortaq ola bilmə hissidi və bu mövzuda qadınlar həmişə kişilərdən üstündürlər. "Qadınlar onların dərdlərinin başa düşülməyini və təsdiqlənməyini istəyirlər"- Maslov deyir.
Sadəcə qulaq asmaq və anlamaq yerinə kişilər çox vaxt həll etmək istiqamətinə yönlü olurlar. Bu yanlışdır.
Maslov deyir ki, "Həyat yoldaşınız ona diqqətin çatmadığını deyəndə, sizin anlamağınızı istəyir, sizin ona faktları gətirməyinizi yox"
2. Düşünmədən və ya tələsik edilən xərclər.
Vanderhorstun dediyinə görə həyat yoldaşınızla məsləhətləşmədən maşın almaq kimi etdiyiniz iri xərclər böyük səhvlərdən biridir.
Əslində qadınlar evlilikdə edilən səhvlər içində xəyanətdən sonra ikinci yerə qoyurlar və bunu kişilərin tez-tez etdiklərini deyirlər.
Nəyə görə kişilər bilərək və ya bilməyərək özlərini münasibətlərdə lider, başçı görürlər. Bu da həmçinin edilən səhvlərdən biridir. Vanderhoust deyir: "Cütlərin münasibəti liderliyin bölüşdürülməsidir"
3. Seksdə eqoist və kobud olmaq.
Maslovun dediyinə görə, kişilər yataqda ya unudurlar yada daha pisi heç anlamırlar ki, qadınlar onlardan daha çox etməklərini gözləyirlər və buna ehtiyacları var.
Maslov belə düşünür ki, qadınları həyacanlandıran ən əsas hiss bağlılıqdır hansı ki onları sevilən və daimi olduqlarını göstərir. Yaşlılar bunu anlasalar da, cavanların bu haqda xeberleri yoxdur.
Qadınların həyəcanlanmaqları işığın sönməyinnən əvvəl başlayır. Kişilər düşünür ki, seks münasibətlərin ən yaxınıdır, ancaq, qadınlar bu yaxınlıq hissini seksden əvvəl istəyirlər.
4. Yanlış qulaq asmaq.
Qulaq asmaq heyat yoldaşınızın problemini və onun həlli yollarını danışarkən yalnız baş yelləmək deyildir. Vanderhorst deyir: "Kişilər, bir qayda olaraq, qulaq asırlar və variantlar axtarırlar bu isə qadınların daha da ballistik olmaqlarına səbəb olur. O sizə problemləri deyərkən, sizin xilaskar olmağınızı, problemin həllini tapmağınızdan çox, bu müzakirədə aktiv iştirakınızı və onu anlamağınızı istəyir.
"Bu passivlik deyil" Vanderhost deyir - "Əlaqənin yaratmaq üçün qulaq asmaq aktivlikdir".
5. Öz hisslərinizin yığılması (gizlədilməsi).
Yoldaşınızla öz hissləriniz haqqında danışmağınız onun hissləri haqqında danışmağınız qədər vacibdir.
Kişilərin əksəriyyəti hisslərinin gizlədilməsini lazım olduğunu, onların bildirməyin zəiflik əlaməti olduğunu düşünürlər. Bu yanlışdır.
Hisslərinin göstərilməməsi yoldaşınız üçün depresant ola bilər. "Qadınlar yoldaşları ilə yaxın əlaqəni itirdiklərini düşünürlər. Kişi hisslərini bildirəndə isə qadın sevildiyini anlayır" – Maslov deyir.
Maslov düşünür ki, kişilərin açılışmaqları, hisslərini bildirməkləri çox çətindir, ancaq, bunu etməkləri onların güclü olduqlarının işarəsidir. İnkişaf edərək kişilər anlayır ki, qorxduqlarını başqalarına bildirmək olmaz. Lakin, açılışmaq bir riskdir və bu cəsarətli bir hərəkətdir.
6. Dominantlığa gedən yol.
Kişi olmaq, rəhbər olmaq demək deyildir əksər kişilər bunu anlamırlar. Bu kişilərin tez-tez etdikləri səhvlərdən biridir. Maslov deyir - "Kişilər istədiklərini dominantlıq edərək əldə etməyə çalışırlar. Bu isə qadınları uzaqlaşdırır.
Vanderhostda eyni cür düşünür və kişilərin çox vaxt seçdiyi "güc mövqeyi" münasibətlərə soyuqluq və uzaqlıq gətirir, halbuki münasibətlər qarşılıqlı anlaşma və qayğı üzərində qurulmalıdır.
Tarix: 09.01.2015 / 11:31 Müəllif: Aziza Baxılıb: 98 Bölmə: Maraqlı Məlumatlar