İnanclı olmaq və ibadət etməyin insanları pis vərdişlərdən və asılılıqdan qoruduğu təyin olunub.
Bu məlumat Türkiyənin internet saytlarının birində öz əksini tapıb. Məlumatda oda bildirilir ki, ingilis elm adamlarının apardığı araşdırmalardan müəyyən olunub ki, inanclı olanlarda spirtli içki, narkotik kimi pis asılılıqları azdır. Araşdırmalara qatılan 7 min 403 adamdan 35%-i inanclı olduğunu və ibadət etdiyini, 19%-nin inandığını, ancaq ibadət etmədiyini, 46%-nin isə inanclı olmadığı qeyd olunub.
Nəticələrlə əlaqədar olaraq araşdırma aparanlar, ibadət etmədən ruhani bir yanaşmanın ruhi çətinlik riskini artıra biləcəyinə diqqət çəkdiyi ifadə olunub.
Mövzu ilə bağlı məqalə, Fransız "Le Figaro" qəzetinin internet saytında, araşdırmanın isə "Beynəlxalq Tibb Jurnalında" dərc olunduğu bildirilir.
İsraildə bir neçə il əvvəl edilən araşdırmada məlum olubki, ibadət yerlərinə getmənin, ictimailəşmənin artması səbəbiylə Alsheymer riskinin azala biləcəyi mümkündur.
Başqa bir araşdırmada ABŞ - da ibadət və yaxşı hiss etmə arasında əlaqə olduğu qeyd olunub.
Tarix: 09.01.2015 / 10:57 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Maraqlı Məlumatlar