ABŞ-dakı Buffalo və Kaliforniya universitetlərinin alimləri təmaslarla ünsiyyətdə başqaları ilə müqayisədə daha xoş olan insanların adi fərdlərdən fərqlərini araşdırmaq qərarına gəliblər.
"Discovery News" bildirir ki, onlar respondentlər arasında sorğu keçirərək onlara "İnsanlar mahiyyət etibarilə pis, yoxsa yaxşıdır?", "Qan verərək donorluq edirsiniz?" və s. suallar veriblər.
Daha sonra respondentlərin cavabları ilə yanaşı, onların seliyi də təhlil olunub. Məlum olub ki, sorğuya qatılanların bəzilərində oksitosin və vazopressinə xüsusi həssas olan reseptorlar var. Həmin insanlar cəmiyyətdəki başqa adamlardan ehtiyatlansalar belə, yaxşı addımlar atıblar.
Araşdırma qrupunun rəhbəri, professor Maykl Polin (Michael Poulin) CNN-ə verdiyi açıqlamasında bildirib ki, aşkarlanmış həssaslıq insanın başqalarına görə yaxşı və ya aqressiv davranışını müəyyənləşdirən müəyyən genlərə uyğundur.
Tarix: 09.01.2015 / 11:55 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Maraqlı Məlumatlar