Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu xəstəlik qadınlarda daha çox rast gəlinir

Qadınların qarşılaşdığı problemlər yaş ötdükcə daha da artır. Bəzi xəstəliklər kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir.

Türkiyənin milliyet qəzetinin verdiyi məlumata görə, qadınlarda daha çox rast gəlinən xəstəliklərdən biri sümüklərin əhəngləşməsidir.

Yaş irəlilədikcə qadınların hərəkət etmək problemləri çoxalır. Bu da sümüklərin əhəngləşməsindən irəli gəlir. Sümüklərin əhəngləşməsi kimi tanınan xəstəliyin tibbi adı "osteoartrit"-dir. Osteoartrit qadınların çoxunda gənc yaşlardan başlayaraq, getdikcə inkişaf edir. Xəstəlik özünü daha çox oynaqlarda biruzə verir.

Oynaqlarda ağrı hiss edirsinizsə, normal hərəkət edə bilmirsinizsə, həkimə müraciət edin. Daha çox boyun, bel, diz və ayaqlarda rast gəlinən xəstəlik özünü daha çox 40 yaşdan yuxarı adamlarda biruzə verir. Kişilərdə də bəzən bu xəstəliyə rast gəlmək olur.

Osteoartritin yaranma səbəbləri tam olaraq bilinməsə də, yaranmasında genetik faktorlar da rol oynayır. Artıq çəki və ondan irəli gələn stres, travmalar, həddən artıq hərəkətli həyat tərzi və ya əksinə, gün ərzində həddən artıq sabit vəziyyətdə qalmaq xəstəliyi yaradan səbəblər kimi də qiymətləndirilir.


Tarix: 09.01.2015 / 12:15 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Maraqlı Məlumatlar
loading...