Çiyələk mürəbbəsi resepti
Tərkibi:
1 kilo çiyələk
1 kilo toz şəkər
Yarım limon
Su
Hazırlanması:
Çiyələkləri qumlarından təmizlənənə qədər yuyun. Saplarını qoparıb qazana tökün və üzərinə 4 su stəkanı şəkəri əlavə edin. Qazanın qapağını bağlayıb 1 gün gözlədin. Gözlətdikdən sonra mürəbbəni yarım saat daha qaynadın və altını bağlamağa yaxın limonu əlavə edin. İstiykən qablara doldurun və qabın qapaqlarını bağlayarkən quru olmasına diqqət yetirin.
Nuş olsun!
Tarix: 25.11.2014 / 14:41 Müəllif: Aziza Baxılıb: 15 Bölmə: Mürəbbələr
loading...