Alma “Yağı”
Təxminən 2 fincan üçün
Qatılacaq ədviyyatlar zövqə görə müəyyən olunur. Reseptdəki ölçülərlə ədvalı yağ daha zərif tamlı olur.
Tərkibi:
2 kilo alma (təxminən 10 ədəd alma,sortunun heç bir fərqi yoxdur. Yaxşı alınması üçün eyni zamanda həm turş,həm də şirin növündən istifadə oluna bilər)
1 fincan alma qabığı və özəyindən alınmış sirkə (şirə – bunu soyduğunuz almanın qabığı və özəyindən əldə edəcəksiniz)
2 fincan su
2 fincan şəkər tozu
3 xörək qaşığı təzə sıxılmış limon şirəsi
1/3 çay qaşığı döyülmüş darçın
1/3 çay qaşığı döyülmüş hil
1/8 çay qaşığı döyülmüş yel cevizi (cövüz, rusca – мускатный орех)
1/8 çay qaşığı döyülmüş mixək
1/8 çay qaşığı döyülmüş zəncəfil
Hazırlanması:
Yuyulmuş almaların qabığı soyulur və özəyi çıxarılır,amma bunlar atılmır,ayrıca saxlanır. Almalar zolaq şəklində,qalın halda doğranılır. Qabıq və özək şirəçəkəndən keçirilib şirəsi çıxarılır. Bizə 1 fincan şirə lazım olacaq.
Alma,sirkə və ərzaqların qalan hissəsi böyük qazana tökülüb üstü açıq halda orta tempraturda bişirilir. Almalar yumşalanadək, təxminən 45 dəqiqə, qazan taxta qaşıqla qarışdırılmalıdır ki,içindəkilər bərkiməsin və yanmasın. Sonra isə kartof əzən yaxud çəngəllə almalar əzilib püre halına salınır.
Hazır alma püresi başqa, balaca qazana boşaldılıb üzərinə zövqə görə ədviyyat vurulur. Vam odda üstü açıq halda bişirilir. Təxminən 1.5-2 saat cem halına gələnə, qatılaşıb rəngi tündləşincəyədək (karamel rəngi alana kimi) bərkiməsin və yanmasın deyə püre tez-tez qarışdırılır. Sonra isə odun üzərindən götürülüb soyudulur. Soyuduqdan sonra banka və ya hava keçirməyən kip qablara tökülüb ağzı bağlanmalıdır. 2 aya qədər soyuducuda saxlamaq olar.
Tarix: 11.12.2012 / 11:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1234 Bölmə: Mürəbbələr