Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zəncəfilli qırmızı pomidor mürəbbəsi resepti

Tərkibi:
1 kq qırmızı pomidor
3 st. şəkər tozu
1 portağal
yarım limon
yarım budaq vanil
zəncəfil kökü

Hazırlanması:
Pomidorların üstünə qaynar su tökün, sonra isə soyuq suya salaraq qabığını soyun. Kubik doğrayın. Limonla portağalı yuyun, dənələrini çıxarın, qabığını soyun. Bunları da doğrayın.
Vanil və zəncəfili doğrayın. Hamısını qarışdırıb üstünə şəkər tozu səpin. 1 saat saxlayın. Sonra ocağın üstünə qoyun, qaynara düşəndən sonra ocağı azaldın, zəif odda 5 dəqiqə qaynadın.
Mürəbbəni ocaqdan götürüb 1 saat saxlayın. Sonra yenə ocağın üstə qoyun, qaynara düşəndən sonra 35-45 dəqiqə bişirin.
İsti-isti bankalara yığıb ağzını bağlayın.

Nuş olsun!


Tarix: 25.11.2014 / 14:23 Müəllif: Aziza Baxılıb: 16 Bölmə: Mürəbbələr
loading...