Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Banan mürəbbəsi resepti

Tərkibi:
500 q çox yetişmiş banan
180 q şəkər tozu
1 x.q. vanilli şəkər
1 ç.q. limon turşusu
1 dilim cirə (badyan)

Hazırlanması:
Bananı çəngəllə əzin. Şəkər tozu, vanil, cirə, limon turşusu əlavə edin. Ocağın üstünə qoyun. Qaynara düşəndə götürün. 3-4 saat saxladıqdan sonra bir daha bişirin: qaynara düşəndən sonra 10 dəqiqə də bişirin.

Bankalara yığıb soyuducuda saxlayın.

Nuş olsun!


Tarix: 25.11.2014 / 14:33 Müəllif: Aziza Baxılıb: 22 Bölmə: Mürəbbələr
loading...