Ədviyyatlı naringi mürəbbəsi resepti
Tərkibi:
6 iri naringi
500 q şəkər tozu
darçın budağı
Hazırlanması:
Naringilərin qabığını soyun, dənələrini çıxarın. Emallı qaba yığın, üstünə 500 q şəkər tozu səpib bir gecə saxlayın. 1 mandarinin sedrasını xırdalayın, sabahısı gün naringilərə əlavə edin. Vam ocağın üstə qoyun. 20 dəqiqə sonra darçın budağını içinə salın. Daha 20 dəqiqə bişdikdən sonra darçın budağını çıxarın, mürəbbəni ocaqdan götürün, 1 saat soyudun, bankalara yığın.
Əgər xırda naringidən müəbbə hazırlayırsınızsa, onda hər bir meyvənin içinə bir mixək batırın, sonra yuxarıda göstərilən qaydada bişirin (darçınsız).
Nuş olsun!
Tarix: 25.11.2014 / 14:27 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Mürəbbələr
loading...