Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ərik cemi

Portağallı Ərik Cemi

1.5 litrlik cem üçün

Çox yumşaq və yetişmiş əriklərdən istifadə olunmalıdır. Ərikləri doğramağa ehtiyac yoxdur,cem bişən zaman onlar yumşalacaq. Cemə əlavə etmək üçün seçilən portağal da sulu olmalıdır.Daha yaxşı olar ki,nazik qabıqlı və ətirli olsun. Şəkər tozunun miqdarı əriklərin şirinliyinə görə müəyyən edilir,zövqə görə şəkərin miqdarını artıra və ya azalda bilərsiz. Bizim əriklər şirin olduğundan reseptdəki ölçü cemə hazırlamaq üçün tam uyğun gəlir.


Ərzaqlar:

1.5 kq çəyirdəyi çıxarılmış ərik (yarıya ayırıb çəyirdəyi çıxarılmalıdır)
1 kq şəkər tozu
1 ədəd portağal – təxminən 1 fincan – qabığıyla birgə xırda doğranmış portağal (tumları çıxarılmalıdır)


Hazırlanması:

Çəyirdəyi çıxarılmış,yuyulmuş əriklər böyük tavaya tökülür. Meyvələrin üzərinə şəkər tozu əlavə edilir və 2-3 saat kənara qoyulur. Şəkər tozu tamamilə əriyəndə,əriklərin suyu çıxanda üzərinə doğranmış portağal əlavə olunur.

Tava sobanın üzərinə qoyulur. Orta dərəcəli odda, təxminən 2 saat qaynadılır. Qaynayan zaman mütəmadi olaraq tavaya yapışmasın və yanmasın deyə mürəbbə yavaş-yavaş qarışdırılır. Cemin üzərində köpük əmələ gəldikcə kəfgir qaşıqla yığılır. Bişməsinə az qalmış cemin üzərindəki qabarcıqlar daha da qatılaşır,suyu mətləşir. Bu zaman tava ocağın üzərindən götürülür. Otaq tempraturuna gətirildikdən, soyuduqdan sonra cem qaşıqla bankalara yığılır,ağzı bağlanır və sərin yerdə saxlanır.


Tarix: 11.12.2012 / 11:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 656 Bölmə: Mürəbbələr
loading...