Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göy pomidor mürəbbəsi resepti

Tərkibi:
1,5 kq göy pomidor
0,5 vanil budağı
1 limonun sedrası
600 q şəkər tozu

Hazırlanması:
Pomidorları yuyub doğrayın. Qazana yığıb üstünə şəkər tozu səpin. Ən azı 8 (daha yaxşısı 12) saat saxlayın. Sonra qazanı ocağın üstünə qoyun, limon sedrasını əlavə edib qaynadın. 10 dəqiqə qaynayandan sonra ocağı söndürün. 6 saat saxlayın. Sonra yenə ocağın üstə qoyun, vanil əlavə edin, qaynara düşəndən sonra 5-10 dəqiqə qaynadın. Vanili çıxarın. Mürəbbəni 12 saat saxlayın. Sonra yenidən ocağın üstünə qoyub limon şirəsi əlavə edin, 30-60 dəqiqə bişirin. Ya diri-diri, ya da blenderdən keçirib bankalara yığın.

Nuş olsun!


Tarix: 25.11.2014 / 14:23 Müəllif: Aziza Baxılıb: 17 Bölmə: Mürəbbələr
loading...