Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Doğranmış ərik mürəbbəsi resepti

Tərkibi:
1 kq ərik
800 q şəkər tozu
1 st. su

Hazırlanması:
Əriyi yuyun. Dənəsini çıxarın. Uzunasına 4 yerə bölün.

Şərbət üçün 800 q şəkər tozuna 1 st. su töküb qaynadın. Qaynara düşəndə əriyi içinə tökün. İti odda bişirin. Arada kəfini yığın. Ortasında iri qabarcıqlar əmələ gələndə ocaqdan götürün.
Bankalara isti-isti yığın.

Əriyi bütöv də bişirmək olar. Doğramadan dənəsini çıxarın. Dənələri sındırıb yenidən əriklərin içinə doldurun. Sonra yuxarıdakı qayda ilə bişirin.

Nuş olsun!


Tarix: 25.11.2014 / 14:19 Müəllif: Aziza Baxılıb: 23 Bölmə: Mürəbbələr
loading...