Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Limonlu kivi mürəbbəsi resepti

Tərkibi:
2 kq kivi
5 ədəd limonun rəndələnilmiş qabığı
5 su stəkanı toz şəkər
1 ədəd limonun suyu

Hazırlanması:
Kivilərin qabıqlarını soyun. Kub şəklində doğrayıb bir qazana yığın. Üzərinə toz şəkər əlavə edib şəkər yaxşıca əriyənə qədər gözlədin. Daha sonra odun üzərinə qoyub, üzərinə rəndələnmiş limon qabığı qatın. Az odda, qazanı hərdənbir yelləyib qarışdıraraq və üzərində yığılan köpükləri alaraq 50 dəqiqə bişirin. Müddətin sonunda limon suyunu əlavə edin. Bir neçə dəqiqə daha bişirib odun üzərindən götürün. Soyuduqdan sonra təmiz və quru qablara köçürün. Sərin bir yerdə saxlayın.

Nuş olsun!


Tarix: 25.11.2014 / 14:41 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Mürəbbələr
loading...