Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çiyələk mürəbbəsi

Bu mürəbbəni qışda çayla ləzzətlə yeyirsən və bu anda yaz-yay, isti haqda və … təzə çiyələy haqqında xəyal edirsən. Mən sizə anam hazırladığı çiyələy mürəbbəsini təqdim edəcəyəm. Bu üsulla bişirilən mürəbbədə çiyələylər bütöv və şirəli qalırlar.

1 kq çiyələy

1 kq şəkər

1 stəkan su


Çiyələylər eyni dərəcədə yetişmiş, əsasən eyni ölçüdə olmalıdırlar. Giləmeyvəni yuyub ehtiyatla bəndəmindən ayırın. Qazana qoyub üstünə şəkər tökün. 5-8 saatlıq saxlayın. Qazanı bir neçə dəfə silkələyin, şəkər giləmeyvə arasında bərabər bölüşdürülməlidir. 5-8 saatdan sonra su əlavə edib, odun üstünə qoyun. Şəkər əriməlidir və qaynamalıdır. Qaynayan kimi odun üstündən gətirib soyudun. Yenə odun üstünə qoyub qaynadın və soyudun. Bir neçə dəfə bunu təkrar edin. Mürəbbənin şirəsi bərkiməlidir. Mən 5 dəfə bu proseduru təkrar etdim. Nəticə belə alındı.

Nuş olsun!


Tarix: 11.12.2012 / 11:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 411 Bölmə: Mürəbbələr
loading...