Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pomidor mürəbbəsi resepti

Tərkibi:
Pomidor — 1kq
Şəkər — 1,3kq
Vanilin – 0,5q

Hazırlanması:
Mürəbbə bişirmək üçün xırda gavalıya oxşar pomidorlar götürülür.
Pomidorlar 5-8 saniya qaynayan suya salınıb dərhar soyuq suda soyudulur və qabığı təmizlənir.

Pomidorların üzərinə qaynar şərbət tökülüb 1 gün saxlanılır.
İkinci gün şərbət süzülür, qaynadılır və pomidorların üstünə tökülür.
Üçüncü gün əməliyyat təkrar edilir.
4-cü günü isə mürəbbə hazır olana kimi bişirilir.
Ətir üçün vanilin və ya meyvə cövhəri əlavə edilir.

Nuş olsun!


Tarix: 25.11.2014 / 14:38 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Mürəbbələr
loading...