Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Balqabaqlı konfitür resepti

Tərkibi (yarım litr üçün):
300 q balqabaq
3-5 x.q. limon şirəsi
50 q ərik qurusu
350 q şəkər tozu
2 x.q. alma sirkəsi (əgər sirkə vurmaq istəmirsinizsə, o zaman limon şirəsinin qədərini artırın)
1 qırmızı istiotun yarısı
2 x.q. su

Hazırlanması:
Balqabağı təmizləyib xırda kubiklər şəklində doğrayın. Ərik qurusunu da yuyub doğrayın. İstiotun toxumlarını təmizləyib xırda doğrayın. Tələb olunan bütün ərzaqları qarışdırıb ocağın üstə qoyun. Qaynara düşəndən sonra 45 dəqiqə vam odda bişirin. Bankalara doldurub soyudun.

Nuş olsun!


Tarix: 25.11.2014 / 14:22 Müəllif: Aziza Baxılıb: 18 Bölmə: Mürəbbələr
loading...