İncilə görə, İsa Məsih Öz gəlişinin aşağıdakı əlamətlərindən bəhs etmişdir:
1) Müjdənin bütün dünyada vəz edilməsi.
Səmavi Padşahlığın bu Müjdəsi bütün millətlərə şəhadət olmaq üçün bütün dünyada vəz ediləcək. O zaman hər şeyin axırı gələcək.[16]
2) Böyük əziyyət.
Müharibələr və müharibə xəbərləri eşidəndə təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ hər şeyin axırı deyil. Çünki millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Yerbəyer zəlzələlər və aclıq olacaq. Bunlar sanki doğuş ağrılarının başlanğıcıdır... Çünki o günlərdə elə bir əzab-əziyyət olacaq ki, Allahın yaratdığı bu kainatın başlanğıcından indiyə qədər beləsi olmayıb və heç də olmayacaq. Əgər Rəbb o günləri qısaltmasaydı, heç bir insan xilas ola bilməzdi. Amma Rəbb seçilmişlərə – Öz seçdiyi insanlara görə o günləri qısaldıb.[17]
3) Möcüzələr göstərən yalançı peyğəmbərlər.
Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər törəyəcək. Onlar əlamətlər və xariqələr göstərəcəklər ki, imkan taparlarsa, seçilmişləri də aldatsınlar.[18]
4) Səmadakı əlamətlər.
Amma o günlərdə, o əzab-əziyyətdən sonra günəş tutulacaq, ay nurunu saçmayacaq, ulduzlar göydən töküləcək, səma cisimləri lərzəyə gələcək. O zaman onlar Bəşər Oğlunun buludlar içində böyük qüdrət və izzətlə gəldiyini görəcək.[19]
5) “Qanunsuz adam”ın meydana çıxması. Həvari Pavel öyrədirdi ki, qanunsuz adam meydana çıxmayınca Məsih gəlməyəcək. Məsih Öz qəlişində bu qanunsuz adamı məhv edəcək. Sözügedən qanunsuz adam bir qayda olaraq Vəhy Kitabındakı “vəhşi heyvan” kimi qəbul edilir və “Məsihin Əleyhdarı” yaxud “Antixrist” adlandırılır.
Rəbbimiz İsa Məsihin zühuruna... gəlincə... əvvəl üsyan qaldırılaraq həlak edilməli qanunsuz adam meydana çıxmayınca o gün gəlməyəcək. O adam, allah adlanan yaxud səcdə edilən hər şeyə qarşı çıxaraq özünü hamıdan üstün tutacaq. Belə ki Allahın məbədində əyləşib özünün Allah olduğunu elan edəcək... Bəli, vaxtı çatanda meydana çıxsın deyə indi o adama nəyin mane olduğunu bilirsiniz. Hələ indi də qanunsuzluğun sirli gücü fəaliyyətdədir. Ancaq hələlik həmin gücə mane olan şəxs aradan qalxanadək belə olacaq. Sonra həmin qanunsuz adam meydana çıxacaq və Rəbb İsa onu ağzından çıxan nəfəsi ilə öldürəcək, Öz zühurunun əzəməti ilə məhv edəcək. Bu qanunsuz adam Şeytanın fəaliyyətinə əsaslanaraq hər cür yalan möcüzə, əlamət və xariqələrlə və həmçinin hər cür haqsızlığın hiyləsi ilə gələcək ki, həqiqəti sevərək xilas olmaq əvəzinə, bunu rədd etdikləri üçün həlak olacaq insanları aldatsın.
Tarix: 12.03.2013 / 20:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 201 Bölmə: Kilseler