Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KilselerTanaat kilsəsi

Tanaat kilsəsi – Zəngəzur mahalının Qarakilsə rayonu ərazisində Ərəfsə (03. 07. 1968 – ci ildə Arevis) kəndi ilə Təzəkənd (03. 07. 1968 – ci ildən Tasik) kəndləri arasında, yüksək dağlıq ərazidə yerləşən qədim alban məbədi. [1] [2]

Bölgədə xristianlığın ilk dövrlərinə (IV – V əsrlərə) aid olan məbəd yarımdağılmış vəziyyətdədir. Məbəd qırmızı daşdan inşa edildiyi üçün yerli azərbaycanlı əhali onu həm də Qırmızı kilsə adlandırmışdır. Tədqiqatçıların fikrinə görə bölgədə xristianlığın yayılmasına qədər abidə atəşpərəstlik məbədi olmuşdur. [3] "Sünik tarixi" əsərinin müəllifi Stepan Orbeliana (XIII yüzil) görə isə məbəd 491 – ci ildə tikilmişdir.

Tanaat məbədi Tatev monastırından sonra bölgədə ikinci ruhani mərkəzi olmuşdur. Ardı »

KilselerSəlib yürüşləri

Səlib yürüşləri və ya xaç yürüşləri (lat. Expeditio sacra, ərəb. الحملات الصليبي‎‎,fr. Croisades,ing. Crusades, isp. Cruzadas) — Qərbi Avropa ölkələrinin Fələstini və başqa əraziləri istila etmək məqsədilə XI-XII əsrlərdə Yaxın Şərqə hərbi səfərlərinin ümumiləşdirilmiş adı.Mündəricat [gizlə]
1 Səbəbi
2 Başlanması
3 İlk Səlib Yürüşü
3.1 I Səlib Yürüşü
4 Sonrakı yürüş
5 II Səlib Yürüşü
6 Qüdsün Səlahəddin Tərəfindən geri alınması
7 III Səlib Yürüşü
8 IV Səlib Yürüşü
9 Uşaq Səlib Yürüşü
10 V Səlib Yürüşü
11 VI Səlib Yürüşü
12 VII Səlib Yürüşü
13 VIII Səlib Yürüşü
13.1 Qəti məğlubiyyət
14 Nəticə
15 Xarici keçidlər

[redaktə]
Səbəbi

Daha əvvəlki əsrlərdə Roma İmperiyasını yox edərək, Qərbi Avropanı istila etmiş və burada bir neçə krallıq quraraq, mərkəzi Ardı »

KilselerMilad

Milad — xristianlıqda əsas bayramlardan biri, İsanın doğumu qeyd olunan gün. Qərb xristianlıginda, o cümlədən katolisizmdə və bir neçə pravoslav Kilsəsində 25 dekabr, pravoslavlıqda isə 7 yanvar tarixinə düşür. ABŞ-da Milad federal bayramlarından biridir.Mündəricat [gizlə]
1 Yaranması
2 Katoliklərin bayramı
3 Pravoslavların bayramı
4 Müasir qaydalar
5 Kanonik qaydalar
6 Həmçinin bax
7 Xarici keçidlər

[redaktə]
Yaranması

Xristian aləminin ən əlamətdar və təntənəli törənlərindən sayılan "Milad" bayramı ənənəyə görə İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur. Dünya xristianları mənsub olduqları məzhəblərdən asılı olaraq, bu bayramı müxtəlif günlərdə (25 dekabr; 6-7 yanvar) keçirirlər və o hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır.

Xristianların bu bayramı qeyd etmələri haqqında Ardı »

KilselerƏskipara monastırı

Əskipara məbədi - Azərbaycanın Qazax rayonunun Aşağı Əskipara kəndi ərazisində yerləşən qədim alban məbədi.Mündəricat [gizlə]
1 Tarixi
2 Memarlıq xüsusiyyətləri
2.1 Monastır
2.2 Qala
3 Şəkillər
4 İstinadlar
5 Həmçinin bax

[redaktə]
Tarixi

Məbəd V-VIII əsrlərdə tikilmişdir.[1] Qafqaz Albaniyasının mədəni irsinə aid olan məbəd qırmızı tuf daşdan dördkünc planda inşa edilib və möhtəşəm görünüşə malikdir. Məbədin divarlarının bir neçə yerində böyük alban xaçı həkk olunub ki, bu da məbədin albanlara məxsusluğunu sübut edir.

Bu monastır meşədə, əlçatmaz dağlıq yerdə yerləşmişdir. Kompleks təqribən 2,5 hektar ərazini tutur və divarlarla əhatələnmişdir. Yüksək mövqedə yerləşmiş əsas tikililər kompleksin qalan hissəsindən divarla ayrılmışdır. Bu, özünəməxsus içqala, iqamətgahdır. Kompleksin divarları və qüllələri iri çay Ardı »

KilselerArxangel (mələk)

Arxangel (yunan. Αρχάγγελος — mələklərin başçısı) — iudaizmdə və xristianlıqda mələklərin ali dərəcəsi; “səma iyerarxiyası”na görə mələklərin 9 dərəcəsindən 8-cisi. Ardı »

KilselerXristologiya

Xristologiya (yunan. Χριστός, xristos, "Məsih", + yunan. λογος, logos, "elm") yaxud Bibliya xristologiyası – xristian teologiyasının bir sahəsi, Nazaretli İsanın şəxsiyyəti, təbiəti və işləri haqqında Bibliya əsasında qurulan təlim.

Xristianların Müqəddəs Yazılarında İsanın şəxsiyyəti dünyanın Xilaskarı olaraq təqdim olunduğuna görə, Bibliya xristologiyası soteriologiya (xilas haqqında təlim) ilə sıx əlaqəlidir.

Bibliya xristologiyası “Əhdi-Ətiq xristologiyası” və “Əhdi-Cədid xristologiyası” olmaq üzrə iki böyük bölməyə ayrılır. İsadan əvvəlki Müqəddəs Yazılarda (Əhdi-Ətiqdə) dünyaya gələcək olan Xilaskar-Messiyadan (Məsihdən) bəhs edən parçaları tədqiq edən Əhdi-Ətiq xristologiyası həmçinin messianizm adlanır. Əhdi-Cədid xristologiyası artıq İsanın şəxsində dünyaya gəlmiş olan Məsihi tədqiq edir.Mündəricat [gizlə]
1 Messianizm
2 Xristian təfəkkürü tarixində Bibliya xristologiyasının inkişafı
3 Ardı »

KilselerKilsə

Kilsə — xristian dini və onun cərəyanlarının cəmiyyəti (Xristian kilsəsi, pravoslav kilsəsi, katolok kilsəsi, protestant kilsəsi, saentologiya kilsəsi, marmonlar kilsəsi və s). Bu termin islam və iudaizam dinlərinə xas deyil. Ardı »

KilselerKu Kluks Klan

Ku Kluks Klan – irqçi xristian-terrorist təşkilatı.Mündəricat [gizlə]
1 Yaranması
2 Azad və qorxunc zəncilərə qarşı
3 Ağ cübbələr, qorxunc atlılar
4 Dəhşət
5 Mübarizə
6 Çöküş
7 Dirilmə
8 Həmçinin bax
9 Xarici keçidlər

[redaktə]
Yaranması

bayrağı

1865-ci ilin milad gecəsində altı cavan, şuluq zabit – Makkord, Lester, Kennedi, Krou, Couns, Rid ABŞ-ın Tennesi ştatındakı balaca Pülasko şəhərinin məhkəmə binasında yığışıb, bir az məzələnmək üçün özlərinə gizli bir təşkilat yaratmaq qərarına gəldilər. (Yeri gəlmişkən, Amerikada hələ Böyük İslahat dövrünə qədər də belə gizli təşkilatlar vardı. Həmin təşkilatlardan heç biri inkişaf edə bilmədiyi üçün gizli təşkilatlara maraq yeni bir şey deyildi).O vaxt bu altı zabitin heç bir konkret məqsədi yox Ardı »