Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

VI Pavel

VI Pavel (Covanni Battista Montini, 26 sentyabr 1897 - 6 avqust 1978, Kastel-Qandolfo) - Roma Papası (1963-1978), başçılığın altında İkinci Vatikan məclisinin ikinci sessiyası keçirilmişdir. 1965 ildə Konstantinopolun yunan pravoslav patriarxı I Afenaqorla birgə Qərbi və Şərqi Kilsələrin 1054 il qarşılıqlı ittihamlarını ləğv etdi. Mülki və kanonik hüququ, habelə teologiya və fəlsəfə üzrə elmi dərəcə almış, 1923 ildə Varşavada xidmət etmişdir. 1954 ildə Milan arxiyepiskopu olmuş, 1958 ildə kardinal rütbəsi aldı. 1964 ildə İordaniya və İsraildə, növbəti ildə ABŞ-da olmuşdur. 1967 ildə Nikolay Podqornı və İosip Broz Tito ilə görüşmüş, Macarıstan kommunist hökümətilə danışıqlar aparmışdır.


Tarix: 08.03.2013 / 14:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 135 Bölmə: Kilseler
loading...