Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cuğa xaçdaşları

Cuğa xaçdaşları Azərbaycan respublikasının İran İslam Cümhuriyyəti ilə (Güney Azərbaycan ərazisiylə) sərhəddində Araz çayı sahilində tədqiq edilmişdir. Cuğa xaçdaşlarının böyük əksəriyyəti Alban Sünik knyazlığının yadigarı olsa da burada sonrakı dövrlərə aid xaçdaşlara da təsadüf edilmişdir.

Maraqlı və özümlü həllə malik Cuğa xaçdaşlarının böyük əksəriyyətində eyni bir təsvir təkrar olunur: qarşı-qarşıya durmuş iki qanadlı əjdahanın bədəni buynuz zirehlə örtülmüşdür. Onların adətən açıq ağızları yana çevrilmişdir. İki əjdaha arasında qanadlı halə və ya haləyə oxşar saçı olan kişi başı təsvir edilmişdir. İkonoqrafik əlamətlərinə görə o, İsanın (ə. s.) başına oxşayır.[23] Ümumiyyətlə bu mürəkkəb kompozisiyalarda müxtəlif din və etiqadların (zərdüştilik, mitraizm, xristianlıq və islam) birləşməsindən yaranan simvolik qrup alban sənətkarları tərəfindən təsvir edilmişdir. Təsvirlər xristian qəbir daşlarında – xaçdaşlarda yerləşdirilib – bir xaç və ya xaçlar bunu təsdiq edir. Xaçdaşlardakı İsa (ə.s.) obrazını hələ də xalq arasında yaşayan obrazlar – xeyirxah əjdaha – nəhənglər mühafizə edirlər. Dişlərini qıcamadan ağızlarını bir az açmış əjdaha başlarının İsanın başına tərəf çevrildiyini əks etdirən təsvirlər buna sübutdur.

Bu xristian-bütpərəst kompozisiyalar bir xalq içərisində müxtəlif dinlərin mövcud olması nəticəsində yaranmışdır. Cənubi Qafqazda yegan belə xalq isə Qafqaz albanları idi.

Xaçdaşların yuxarısında İsanın (ə.s.) başı göstərilən kompozisiyalar kimi eyni qanuna tabe olan bir neçə ikonoqrafik təsvirlər – özümlü sintez yolu ilə alınmış mitraist-xristian təsvirləri vardır. Onların birinci planında tanrı, ikinci öküz (bəzən maral), quş, üçüncü və dördüncü planlarda isə mələklər (əgər əshabələr olarsa) təsvir olunmuşdur. Xristian xaçdaşında Mitranın əbədi yol yoldaşları – şir, öküz və quşun təsvir edilməsi albanların bir hissəsinin xristianlığın yayıldığı dövrdə hələ də öz əsgi inamlarında qalmaları haqqında mənbələrdə verilən məlumatlarla üst-üstə düşür. İoanna Boqaslovun şərhində "...mələklər dörd canlı varlıq – qartal, buğa, şir və insan şəklində təsvir olunur. Qartal oxuyur, şir çığırır, buğa fəryad edir, insan danışır."[24] Lakin Cuğa xaç daşlarındakı təsvirlər göstərilən simvollarla uyğun gəlmir. Belə ki, Cuğa xaç daşlarında göstərilən quş və heyvan təsvirlərinin yanında mələklər də təsvir edilmişdir. Bundan başqa əksər xaç daşlarda quş əsasən tovuz quşu obrazında təsvir olunub, buğa isə tez-tez maralla əvəzlənir. Alban mədəniyyətində tovuzquşu təsvirləri çox tez-tez rastlaşılan obrazlardandır. Gəncəsər monastırında əsas monastır binasının fasadında bu obraza tez-tez təsadüf edilir, Mingəçevir kilsə kompleksində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan və hazırda Azərbaycan Tarix Muzeyində sərgilənən xaç altlığında da (bəzi tədqiqatçılara görə bu daş qurbangahdır) həyat ağacını qoruyan iki tovuz quşu təsvir edilmişdir.

Mütəxəssislər tərəfindən tədqiq edilən Cuğa xaç daşlarında Mitranın bu atributları xristian tanrısının ayaqları yanında yerləşdirilmişdir. Xaçdaşlardan birində mərkəzi tanrı fiquru sol əlində su ilə dolu kasa tutaraq sağ əlinin iki barmağı ilə onu göstərir. Tanrının başı ətrafında üzərində üç kürə geydirilmiş (biri başının üstündə, ikisi isə üzünün yanlarında) elliptik halqa təsvir olunmuşdur. Ondan başa doğru işıq şüaları gedir. Meridional şəkildə kürələr yerləşmiş – ellips Böyük Mitranın səciyyəvi təcəssüümü, sonsuz fəzanın, kosmosun simvolik təsviridir.[25] Kosmos mifologiyanın zeniti və onu tamamlayan kateqoriyadır.[26] Təsvir olunmuş kompozisiyanın hər iki yanında iki çatmatağlı tağça yerləşir. Onlarda diz çökmüş, əlləri və baxışları mərkəzi tanrı fiquruna yönəlmiş mələklər təsvir olunmuşdur.

Ermənilər tərəfindən Cuğadan Eçmiədzinə aparılmış alban xaçdaşlarının alban yazılı hissələri sındırılaraq bu abidələr, erməni xaçkarları kiimi təqdim edilir

Cuğadakı başqa bir xaçdaşdakı təsvir birinci xaçdaşdakı təsvirə çox oxşayır. O da enli çatmatağlı tağçada yerləşdirilmişdir. Tanrının başı ətrafında kürələr, planetlərlə ellipsvari halə, solda ikinci planda şir, onun arxasında mələk, sağda isə öküz və quş təsvir olunub. Tanrının geyimi, onun bu xaçdaşın yanında yerləşən başqa bir xaçdaşdakı təsviri ilə anologiya təşkil edir və o, əlində su olan kasa deyil, dördüzlü sarma tutmuşdur.

Erməni alimləri Cuğadakı alban xaçdaşlarını erməni xaçkarları adlandıraraq onları XVII əsrə aid edir, bütün bu mürəkkəb dini-fəlsəfi təsvirlərin erməəni bədii şüurunun məhsulu olduğunu iddia edirlər. Lakin bu cür qarışıq dini təsvirlərin yaradılması üçün nə erməni mifologiyasında, nə də xristian erməni mədəniyyətində baza olmamışdır. Hələ SSRİ hakimiyyəti dövründə müxtəlif zamanlarda cuğa xaçdaşlarının bədii və elmi baxımdan ən dəyərliləri oğurlanaraq Ermənistana aparılmışdır və hal-hazırda da Üçmüədzin kafedralının həyətində erməni xaçkarları kimi sərgilənir. Üçmüədzinə aparılmış xaçdaşlar üzərində dəyişikliklər həyata keçirilmiş, onların alban yazılı hissələri silinmiş və ya tamamilə qırılmışdır. Lakin Cuğada qalan bir çox xaçdaşların üstündə alban yazıları indi də qalmaqdadır[23].

Xristian dövrü alban xatirə stellalarında saxlanmış bir çox xristianlığa qədərki simvolların təsvirlərinin yaranma kökləri mütəxəssislər tərəfindən tədqiq edilmiş, onların müəyyən kanonlar əsasında yerləşməsinin səbəbləri və əhəmiyyəti müəyyənləşdirilmişdir. Br çox xaçdaşlarının aşağısında adətən planet tanrıları kultuna məxsus ulduz, günəş, haça (göyün simvolu), içində su olan qablar və sair əhatəsində, yuxarı qaldırılmış əlində xaça bənzər müxtəlif mitraist simvollar aparan atlı təsvir olunmuşdur. Bunlar bir növ yeraltl makrodünyadır. Bəzi atlıların başında çalma vardır, başqaları sxematik halə içərisindədir. Biri əlində svastikaya, ya da ki, parçalanmış ellipsə bənzər nə isə tutmuşdur, çalmalı başından ona yeraltı dünyanın şeytani əlamətlərini verən iki döyüşkən buynuz çıxmışdır. Görünür bu məqsədlə hazırda Üçmüədzində saxlanan Cuğa xaçdaşındakı xaçın əsasında insan kəlləsi təsviri yerləşdirilmişdir. Altıxaçlı Cuğa xaçdaşlarındakı orta xaçın əsasındakı xonçada da buna oxşar kəllə təsviri vardır.

Mitranın tanrılar panteonu həmrahlarından birinin obrazına aid edilən[23] və stelaların aşağı hissələrində yerləşən silahlı atlılar xristian simvolikasına maksimum yaxındır. Bunu onların əlində tutduqları Mitranın emblemindən (o həmişə kəsişən ellipslər və ya çox zaman dörd haça (dörd haça şəkilli xaçlar Kəlbəcər və Gədəbəy rayonlarının xaçdaşlarında da geniş yayılmışdır) şəklində həll olunurdu) görmək olur.


Tarix: 12.03.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 420 Bölmə: Kilseler
loading...