Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

II İoann Pavel

II İoann Pavel (Karol Józef Wojtyła, 18 may 1920, Vadovitse, Polşa - 2 aprel 2005, Vatikan) - Roma Papası, ilahiyyat elmlər doktoru. Sülh və beynəlxalq gərginliyin zəiflədilməsi işinə kömək edəcəyini bildirmişdir.

Poçt markası (2005).

1938-1939-cu illərdə Krakovdakı Yagellon universitetinin fəlsəfə fakültəsində oxumuşdur. Alman işğalı dövründə zavodda işləmiş və gizli katolik seminariyasında oxumuşdur. 1946-cı ildə keşiş rütbəsi almışdır. Yagellon universitetinin ilahiyyat fakültəsini və Romadakı dominikçilər universitetini bitirmişdir. Krakov və Lyublinin seminariya və universitetlərində dərs demişdir. 1958-ci ildə yepiskop rütbəsi almış, 1963-cü ildə isə Krakov arxiyepiskopu təyin edilmişdir. 1967-ci ildə kardinal rütbəsi almışdır. II İoann Pavel 1523-cü ildən bəri qeyri-italyan mənşəli ilk Roma Papasıdır.


Tarix: 08.03.2013 / 14:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 141 Bölmə: Kilseler
loading...