Kilsə məclisi (ekumen məclisi) – III əsrdən başlayaraq, dini təlim, kilsə idarəçiliyi və intizam məsələləri ilə bağlı problemləri həll edən xristian Kilsəsinin ən yüksək rütbəli ruhanilərin qurultaylarıdır. Kilsə Məclisləri ümumdünya və yerli olur. Bütün Kilsə adından çağrılan yığıncaqlara Ümumdünya (yaxud Ekumen) Kilsə Məclisi deyilir. Bu məclislərdə dini əqidə ilə bağlı yaranan problemlər həll olunurdu.
Katolik Kilsəsi tarixində hazırda 21 Ekumen Məclis çağırılsa da, pravoslav kilsəsi və protestantların çoxu onlardan yalnız ilk yeddi Məclisin qərarlarını qəbul edir:
Ümumdünya Kilsə Məclislərində Bibliyanın kanonu deyil, xristologiya məslələləri (VII Ümumdünya Kilsə Məclisində eləcə də ikonalara ehtiram) həll olunurdu. Bu Məclislərdə iştirak edən ruhanilər öz qərarlarını Müqəddəs Kitabda yazılanlarla əsaslandırıblar. Ümumdünya Kilsə Məclislərinin yazılarında Bibliyaya istinadlar mövcuddur.
Tarix: 12.03.2013 / 20:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 110 Bölmə: Kilseler